1qadin=3qeza - 30 July 2009 - English department
Friday, 30.07.2010, 03:10
Student World
Welcome Guest | RSS
Site menu
Tag Board
500
Our poll
What do U think about Site?
Total of answers: 130
Main » 2009 » July » 30 » 1qadin=3qeza
1qadin=3qeza
22:14
Bəzən xanımlar istəmədən elə rekordlara imza atırlar ki, kişilər bunu istəsələr də bacarmazlar. Məsələn, avtomobil idarə edən almaniyalı bir xanımın 1 saat ərzində başına gələnləri heç kimə arzulamazdıq.69 yaşlı bu xanım (istintaq getdiyi üçün adı açıqlanmır) 1 saat ərzində 3 dəfə qəzalı vəziyyətə düşüb. Ümumilikdə 7 avtomobil zərər çəksə də, başı bəlalı sürücü yüngül xəsarət alıb.

Birinci dəfə xanım Berlinin super marketlərindən birinin avtomobil dayanacağındakı 3 avtomobillə toqquşub.

Sonra bu hadisədən çaşan sürücü pedalları qarışdırıb və dayanmaq əvəzinə yolun digər tərəfindəki evin həyətinə çıxıb. İdarəsi itirilən avtomobil ən sonda evə çırpılıb.

Lakin xanımın uğursuzluqları bununla bitməyib. Onu xəstəxanaya çatdıran təcili yardım maşını da yük maşını ilə toqquşub.
Xanımın bəxti yalnız onda gətirib ki, bu qəzalar nəticəsində onun ucbatından ağır xəsarət alan və həyatını itirənlər olmayıb.

Avtomobil qadının ən sadiq dostudur

Təbii ki, avtomobillər yollarda təcrübəli sürücünün ən yaxşı dostudur. Lakin ingiltərəli bir xanım avtomobildən başqa cür xeyir gördü.
Hətta avtomobil bu hadisədə ən yaxşı rəfiqədən belə daha sadiq çıxıb. Belə ki, xanım aldadıldığını avtomobil sayəsində öyrənib.
Google Street View proqramı ilə şəhərin küçələrini izləyən xanım öz avtomobilini küçələrin birindəki evin önündə görüb. Həyat yoldaşı avtomobilin xarici görünüşündə bir neçə özəl dəyişiklik etdiyindən xanım avtomobili görən kimi tanıyıb.
Əlbəttə, ilk baxışdan burada təəccüblü heç bir şey yoxdur. Lakin xanımın həyat yoldaşı ona bir neçə gün şəhərdə olmayacağını söyləyibmiş. Avtomobili şəhərdə görən xanım aldadıldığını anlayıb və boşanmaq üçün ərizə verib.
Gördüyümüz kimi, xanımlar hətta avtomobil idarə etmədən də, ondan istifadə etməyi bacarırlar.

Avtomob“İlin qadını”

Bəzən xanımlara hətta bir avtomobili belə, etibar etmirlər. Lakin elə xanımlar da var ki, minlərlə avtomobili və onları idarə edənləri idarə edirlər.
New York Beynəlxalq Avtomobil Sərgisinin müdiri Kandida Romanelli aprelin 2-si 7-cisi keçirilən mərasimdə ən yaxşı iş qadınlarına verilən mükafatın sahibi olub. O “İlin qadını” adına layiq görülüb.
Qeyd edək ki, Kandida Romanelli Amerikada avtoşouların təşkilində ən yüksək vəzifədə olan yeganə xanımdır. Şouların planlaşdırılması, gündəlik proqramın təşkili, hər il 1,2 milyon qonağı qəbul etmək, sərgi iştirakçılarının rahatlığı və s. məsələlərin məsuliyyəti onun üzərinə düşür. Xanım Romanelli New Yorkun Böyük Avtomobil Dilerləri Assosiasiyasının 18 illik işçisidir. Onun rəhbərliyi altında New York avtomobil sərgisi avtomobil dünyasında sayılan və gözlənilən hadisələrdən birinə çevrilib. Bu fəaliyyətlə yanaşı, o, qadınların New York Beynəlxalq Avtomobil Assosiasiyasının da prezidenti olub.
Ümidvarıq ki, ölkəmizdə də xanımlar sadəcə azsaylı avtomobil sürücüləri kimi qalmayacaqlar. Onlar da avtomobil dünyasında baş verənlərlə yaxından maraqlanacaq, öz təşkilatlarını yaradacaq və keçirilən tədbirlərdə önəmli vəzifələr tutacaqlar.

Views: 134 | Added by: Highlife | Rating: 0.0/0 |
Total comments: 0
Name *:
Email:
Code *:
Login form
E-mail:
Password:
News calendar
«  July 2009  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Search
Site friends
Statistics

Total online: 1
Guests: 1
Users: 0
BSU-ENG16 © 2010